ain.az, Avtosfer saytına istinadən bildirir.
Avtomobil uçurumdan asılı qalıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib. Məlumata görə, şəhər sakini idarə etdiyi 07-NA-3875 nömrə nişanlı “Honda” markalı avtomobili dağlıq yolda geriyə hərəkət etdirib. Əsas yola çıxmaq istəyən sürücü dar yolda manevr edən zaman iki arxa təkəri uçurumdan asılı qalıb. Hadisə yerinə polis və xilasetmə qrupları cəlb olunub. Nəticədə xəsarət alan olmayıb, lakin avtomobilə ciddi ziyan dəyib.
Sözügedən hadisə ilə bağlı görüntülər də sosial şəbəkələrdə paylaşılıb. Həmin kadrları təqdim edirik.
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.