AZ

6 dəfə rədd edildi, indi 75 milyona satılır: Semenyonun inanılmaz hekayəsi

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"Bornmut"un hücumçusu Antuan Semenyo karyerasındakı çətinliklərdən və böyük klublar tərəfindən rədd edilməsindən sonra Premyer Liqanın ən çox danışılan ulduzlarından birinə çevrilib.

Fanat.Az xəbər verir ki, hazırda 25 yaşı olan futbolçunun transfer dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.

Semenyo peşəkar karyerasına başlamazdan əvvəl "Arsenal", "Tottenhem", "Çelsi" və "Kristal Pelas" kimi London klubları tərəfindən "yetərsiz" hesab edilərək geri çevrilib.

Hətta 15 yaşında "Kristal Pelas"dan aldığı rədd cavabından sonra o, futboldan tamamilə uzaqlaşmağı belə düşünüb. Lakin sonradan "Bristol Siti" akademiyasına qoşulub və aşağı liqalarda ("Bat Siti", "Nyuport Kounti") keçirdiyi icarə dövrlərindən sonra özünü sübut edərək yüksək liqaya qədər ucalıb.

Bu mövsüm "Bornmut" forması ilə Premyer Liqada 8 qol və 3 asist ilə yadda qalan qanalı hücumçu üçün "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın onu heyətdə görməkdə israrlı olduğu bildirilir. Semenyonun yanvar transfer pəncərəsində və ya mövsümün sonunda böyük bir kluba keçidi qaçılmaz görünür.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
fanat.az

1Mənbələr