AZ

Lukaşenkonun araq süfrəsi arxasında apardığı müzakirənin detalları ortaya çıxdı

The Wall Street Journal Belarusda ABŞ prezidentinin xüsusi elçisi Con Koul ilə aparılan danışıqlar zamanı baş vermiş maraqlı epizodu təsvir edib.

Musavat.com xəbər verir ki, nəşrin yazdığına görə, Trampın xüsusi nümayəndəsi Minskdə Lukaşenko ilə bol araqlı şam yeməyi zamanı sanksiyaların ləğvi məsələsini müzakirə edib. Lakin söhbət gözlənilmədən şəxsi mövzuya keçib.

- "Arıqlamısınız?" - deyə Belarus lideri amerikalı qonağa sual ünvanlayıb.

Koul isə cavabında artıq çəkidən qurtulmasına kömək edən Zepbound adlı preparatdan danışıb və istehsalçı şirkətin broşürünü birbaşa süfrə arxasında Lukaşenkoya təqdim edib.

WSJ qeyd edir ki, bu təmaslardan sonra Belarus müxtəlif ölkələrin vətəndaşı olan 250-dən çox siyasi məhbusu azad edib. Eyni zamanda ABŞ-da Zepbound preparatının şəxsən Lukaşenko üçün tədarükü imkanları araşdırılmağa başlanıb.

Bununla belə, nəşrin istehzalı qeydinə görə, Belarus liderinin hazırkı görünüşü preparatların hələ yolda olduğunu deməyə əsas verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr