AZ

"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı

style='margin-bottom:10px;'>

Fransanın "Marsel" klubunun hücumçusu Nil Mope karyerasını İtaliyada davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə "Footmercato" nəşri məlumat yayıb. Bildirilir ki, futbolçu "Piza" klubuna keçmək üzrədir.

Klub rəhbərliyi qarşıdan gələn transfer pəncərəsində heyəti yüngülləşdirmək və planlarına daxil olmayan oyunçularla yollarını ayırmaq niyyətindədir. Əsas heyətdəki yerini itirən N.Mope də bu siyahıya daxil edilib. O, cari mövsümdə cəmi 3 oyuna çıxıb və yalnız bir qol vurub.

Məlumatda bildirilir ki, İtaliya klubu forvardı icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Nil Mopenin "Marsel" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. 

Seçilən
39
1
teleqraf.com

2Mənbələr