AZ

"Fənərbaxça" niderlandlı vingeri transfer edir

"Samsunspor"un futbolçusu Antoni Musaba Türkiyə Super Liqasında klubunu dəyişəcək.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

 

Məlumata görə, "Fənərbaxça" niderlandlı vingerin keçidini həll edib. İstanbul nəghəngi Musaba üçün onun klubuna 5 milyon 750 min avroluq sərbəstqalma məbləğini ödəyəcək. 25 yaşlı oyunçu "Fənərbaxça" ilə 4,5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Samsunspor" Antoni Musabanı mövsümün əvvəlində "Şeffild Yunayted"dən 1 milyon avroya transfer edib.

Seçilən
47
4
day.az

5Mənbələr