AZ

“Fernandeş və Maynu bu oyunda olmayacaq”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim heyətlə bağlı son durumu şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, Bruno Fernandeş və Kobbi Maynu “Nyukasl”la oyunda iştirak etməyəcəklər:

“Fernandeş və Maynu oynayacaqlarmı? Xeyr, bu matçda olmayacaqlar, bərpa prosesi keçirlər. Düşünmürəm ki, bu uzun çəkəcək. Kobbi Brunodan daha tez qayıtmalıdır. İrəliyə baxmaq istəmirəm. Təxmini fikrim var, amma gözləyək. Ola bilsin, oyunda fərqli variantları yoxlamalı olaq”.

Baş məşqçi Harri Maquayr və Matteys de Liqtin vəziyyətinə də toxunub:

“Onlarla işləməyə davam edirik. Yaxın oyunda hazır olmayacaqlar. Növbəti matç üçün vəziyyətə baxacağıq”.

Qeyd edək ki, “Mançester Yunayted” – “Nyukasl” oyunu dekabrın 26-da Bakı vaxtı ilə saat 000:00-da başlayacaq.

Seçilən
15
90deqiqe.az

1Mənbələr