AZ

“Qışqırığım göyə çıxdı, gördüm ki qan kəsilmir” - Ucarda itlərin hücum etdiyi kişiVİDEO

Qəfildən kişiyə hücum edən itlər ona xəsarətlər yetirib.

Xezerxeber.az xəbər verir ki, hadisə Ucar rayonu  28 May küçəsində qeydə alınıb. 61 yaşlı Rəhman Əsgərov yarımçıq tikilinin yaxınlığından keçərkən ərazidə olan sahibsiz itlər ona hücum edib.

Xəsarətlər alan Rəhman Əsgərov ətrafdakı insanların köməyi ilə  tibbi müəssisəyə çatdırılıb.Ucar Rayon Mərkəzi Xəstəxanasından "Xəzər Xəbər"ə bildirilib ki,  1964-cü il təvəllüdlü pasiyentə bədənin müxtəlif nahiyələrinin didilmiş, cırılmış açıq yaraları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhunə peyvənd olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Sakinlər bildirir ki, sürü ilə gəzən küçə itləri son vaxtlar təhlükəli həddə çatıb. Məlum olub ki, ayrı-ayrı vaxtlarda heyvanlar başqa insanları da dişləyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
10
xezerxeber.az

1Mənbələr