AZ

Azər Qərib bu ölkənin Azərbaycandakı turizm səfiri oldu Fotolar

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Aparıcı Azər Qərib Özbəkistanın Azərbaycandakı turizm səfiri seçilib.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb:

“Mən Şərqşünaslıq fakültəsini bitirmişəm. O vaxt tələbə yoldaşlarımın bir çoxu səfir olmaq istəyirdi. Bu gün Xarici İşlər Nazirliyində səfir və diplomat dostlarım var. Həmişə deyirdim ki, mənim yolum mediadan, jurnalistikadan keçir. Bu sistemə yönəlmədim. Amma sən saydığını say, gör fələk nə sayır. Bu gün, üstündən 45 il keçdikdən sonra səfir oldum. Özbəkistan tərəfi mənə böyük etimad göstərdi və bu ölkənin Azərbaycandakı turizm səfiri seçildim. Səfirliyə getdim, sertifikat təqdim etdilər və məni təbrik etdilər. Ali məktəbdən sonra iki il Aşqabadda qulluq etmişəm, orada yaşamışam. Qərargah Daşkənddə yerləşdiyi üçün ora tez-tez gedib-gəlmişəm. Ona görə də Özbəkistan mənim üçün doğmadır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
8
axsam.az

10Mənbələr