AZ

Naxçıvanın gələnilki büdcəsi son oxunuşda QƏBUL edildi

Ajans.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclasında qərar qəbul olunub. Belə ki "Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. Qanun layihəsi ilə əlaqədar çıxış edən Ali Məclis sədrinin müavini Arzu Abdullayev "Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin Azərbaycanın iqtisadi reallıqlarına və büdcə qanunvericiliyinin tələblərinə cavab verdiyini bildirib, qanun layihəsini yüksək qiymətləndirib. Yekunda qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Qeyd edək ki, ilkin sənəddə 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 483,2 milyon manat proqnozlaşdırılır.

Sənədə əsasən, gəlirlərin 43,8 %-ni və yaxud 211,6 milyon manatını dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiya təşkil edəcək ki, bu da cari illə müqayisədə 74,1 milyon manat və yaxud 25,9 % azdır. Naxçıvanın öz gəliriəri isə cari illə müqayisədə 52,1 milyon manat və yaxud 23,7 % artımla - 271,6 milyon manat proqnozlaşdırılır.

Seçilən
24
9
Ajans.az

10Mənbələr