Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Soyuq havalarda qəzaların sayının artmasının səbəbləri həm yol şəraiti, həm də insanların davranışları ilə bağlıdır. Yağış, qar, dolu və buzlanma təkərlərin yolu ilə təməsini azaldır”. Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.O bildirib ki, soyuq hava təkərlərdəki hava təzyiqini azaldır:“Bu vəziyyətdə tutuşun zəifləməsinə və idarəetmənin çətinləşməsinə səbəb olur. Hava soyuğu zaman akkumulyator zəifləməsi, şüşələrin buxarlanması, təkərlərin sürüşməsi kimi problemlər qəza riskini artırır. DYP əməkdaşları mütəmadi tədbirlər görsələr də, vətəndaşlar da bu məsələdə daha həssas yanaşmalıdırlar. İnsanlarımız ilk növbədə anlamalıdırlar ki, hava şəraiti pisləşdiyi halda sükan arxasına əyləşməklə həm öz doğmalarının, həm də tanımadıqları digər insanların həyatını təhlükə altında qoyur. Ağır qəzaların qarşısını almaq üçün maarifləndirmə işlərini gücləndirməli, nəzarət mexanizmini daha da təkmiləşdirməli, məsuliyyətimizi dərk etməliyik”. Deputatın sözlərinə görə, Daxili İşlər Nazirliyi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın küçə və prospektlərində əyani, təhsil müəssisələrində nəzəri-praktiki formada tədbirlər keçirir:“Lakin bu işi yalnız dövlət qurumlarının üzərinə atıb, məsələdən çıxış yolunu onlardan tələb etmək düzgün deyil. Bütün vətəndaşlar qaydalara əməl etdirməlidir. Yalnız bu halda qəzaların qarşısını ala bilərik”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.