Turkstan.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ administrasiyası qanunsuz immiqrant hesab etdiyi insanların deportasiyasını sürətləndirməyi hədəfləyir və bu məqsədlə yeddi böyük və 16 kiçik saxlama mərkəzi tikməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki , bu barədə "The Washington Post" qəzeti İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) daxili sənədlərinə istinadən məlumat yayıb .Nəşr qeyd edir ki, "Tramp administrasiyası ABŞ-ın immiqrasiya saxlama sistemini yenidən qurmağa kömək edəcək podratçılar axtarır . Plana eyni anda 80 mindən çox immiqrantın yerləşdirilməsi üçün sənaye anbarlarının təmiri daxildir".Hazırda saxlama sistemi elə işləyir ki, insanlar boş yerlərin olduğu qapalı müəssisələrə daşınırlar.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.