AZ

“Yaşlı sənət adamlarını nüfuzdan salmağa çalışırlar”

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"İnsana həm yaşına, həm də sənətinə görə hörmət edirlər. Amma bəzi verilişlərdə aparıcıların yanaşması düzgün deyil. Yaşlı sənət adamlarını nüfuzdan salmağa çalışırlar. Bu, düzgün deyil".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev “Günə uğurla” verilişində deyib. O, sənət adamlarına ehtiramla yanaşılmasını istəyib:

“Mən 60 ildir bu sənətdəyəm, xalqımıza minnətdaram. Məni sevirlər, görəndə bilmirlər nə etsinlər. İndiki zamana qədər bunu qoruyub saxlamaq çox çətin məsələdir. Həmişə gərək özünü gözləyəsən ki, artıq-əskik hərəkət etməyəsən. Çünki gözə tez çarpır. Hamı çörək yeyir, amma sən yeyəndə baxırlar, onda maraq oyanır ki, görəsən necə yeyir. Danışığında da, hərəkətində də gərək əda olsun. Sənət adamına ehtiramla yanaşmaq lazımdır. Onun üçün əl çalmaqdan yaxşı hədiyyə ola bilməz”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
axsam.az

2Mənbələr