AZ

Kadırov Azərbaycan prezidentini ad günü münasibətilə təbrik edib bə onu “qardaşım” adlandırıb

Çeçenistan lideri paylaşımında Azərbaycan dövlət başçısını “əziz qardaş” adlandıraraq ona səmimi arzularını çatdırıb...

Poliqon xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Telegram” kanalında Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Kadırov bildirib ki, Azərbaycanla Çeçenistan arasında formalaşmış qardaşlıq və dostluq münasibətləri xüsusi dəyərə malikdir və bu münasibətlərin təməlində hər iki liderin atalarının rolu dayanır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin mövqeyi və ardıcıl addımları Rusiya Federasiyası ilə Azərbaycan arasında etimadın, tərəfdaşlığın və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir.

Qeyd edək ki, Azərbaycan Prezidentini ad günü münasibətilə Rusiya Prezidenti Vladimir Putin də təbrik edib. Putin təbrik məktubunda İlham Əliyevə möhkəm cansağlığı və rifah arzulayıb, onun rəhbərliyi altında Azərbaycanın sosial və iqtisadi sahələrdə ümumilikdə tanınan uğurlar əldə etdiyini vurğulayıb. Rusiya lideri həmçinin qeyd edib ki, RusiyaAzərbaycan münasibətləri dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır və bu əlaqələrin gələcəkdə də bu istiqamətdə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Poliqon.info

Seçilən
27
1
poliqon.info

2Mənbələr