AZ

150 il əvvəl batan gəminin izləri TAPILDI: Yüzlərlə Viktoriya çəkməsi ÜZƏ ÇIXDI – FOTO

Dəniz 150 ilin sirrini qaytarıb – yüzlərlə Viktoriya dövrü çəkməsi sahilə çıxdı

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Könüllülər təmizlik zamanı XIX əsrə aid batmış gəminin yükünü tapıblar.

Məlumata görə, dəniz 150 il ərzində saxladığı qədim yükü sahilə çıxarıb. Könüllülər Qlamorqan vadisindəki Oqmor-bay-Si (Ogmore-by-Sea) çimərliyində təmizlik işləri apararkən qeyri-adi mənzərə ilə qarşılaşıblar. Qaya arası gölməçələrdə XIX əsrə aid olduğu ehtimal edilən yüzlərlə qara dəri çəkmə aşkar edilib.

Bildirilir ki, bu ayaqqabılar təxminən 150 il əvvəl həmin ərazinin yaxınlığında qəzaya uğramış İtaliya gəmisinə məxsus ola bilər.

Yazıçı və “madlarker” (çay lillərində tarixi artefaktlar axtaran şəxs) Lara Mayklem tapıntıların “şübhəsiz ki, Viktoriya dövrünə aid olduğunu” vurğulayıb.

O qeyd edib ki, ayaqqabıların sayının çox olması onların məhz gəmi qəzası ilə əlaqəli olduğunu təsdiqləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
interpress.az

1Mənbələr