Əmircan sakinlərinin PROBLEMİ: Qurumlar niyə biganə yanaşır?
Ajans.az xəbər verir ki, sakinlər ərazidə yolların vəziyyətininbərbad olduğunu, kanalizasiya sistemi demək olar ki, işləmədiyini, axşam saatlarında isə küçələr tamamilə qaranlığa qərq olduğunu bildiriblər. Bu amillər gündəlik həyatı xeyli çətinləşdirir və təhlükəsizliklə bağlı ciddi narahatlıq yaradır. Sakinlərdən biri deyir ki, mövcud şərait səbəbindən ərazidə normal hərəkət etmək mümkün deyil: "Bura gələndən rezin çəkmə ilə gəzirəm. Bizə fikir verən yoxdur. Axşamlar qaranlıq olur, oğlumu burada bıçaqlamışdılar". Başqa bir sakin isə problemin illərdir davam etdiyini vurğulayıb: "15 ildir bu əziyyəti çəkirik. Heç bir yerə çıxa bilmirik. Kimə müraciət ediriksə, baxan olmur. Zirzəmiyə dəfələrlə su dolub. Gəlinim nəmişlik ucbatından xəstələnib".