“Neftçi” “Polesye”nin mərkəz müdafiəçisi Daniil Beskorovaynı ilə maraqlanır.
"Ölkə.az" xəbər verir ki, bu barədə “TaToTake” məlumat yayıb.
Mənbənin məlumatına görə, Jitomir klubu oyunçunun transferi üçün təklifləri qəbul etməyə hazırdır.
Beskorovaynı 2024-cü ilin iyul ayından bəri “canavarlar”ın heyətindədir. Bundan əvvəl o, “Krivbas”da oynayıb və həmin vaxt bu klubu “Neftçi” hazırkı məşqçisi Yuri Vernidub çalışdırıb.
Onun “Polesye” ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
