Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da 30 illik ipoteka faizləri ardıcıl ikinci həftədir ki, azalaraq 6,18%-ə düşüb.
Banco.azxəbər verir ki, ABŞ-da ipoteka faiz dərəcələri ardıcıl ikinci həftədir ki, eniş göstərib.
“Freddie Mac” çərşənbə günü verdiyi açıqlamada bildirib ki, 30 illik sabit faizli kreditlərin orta faiz dərəcəsi ötən həftəki 6,21 faiz səviyyəsindən 6,18 faizə düşüb.
Faiz dərəcələri sentyabr ayından etibarən azalsa da, ev axtaranların bu vəziyyətə reaksiyası məhdud olub. Bu səbəbdən bəzi ev satıcıları da bazarın toparlanmasını gözləyərək satış elanlarını geri çəkirlər. Bir neçə ay sonra başlayacaq yaz satış mövsümü ərəfəsində daşınmaz əmlak vasitəçiləri havaların isinməsi ilə alıcıların yenidən bazara qayıdacağına ümid edirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!