Rusiya qüvvələri Pokrovsk uğrunda döyüşlərdə nəticə əldə edə bilmədikləri üçün hücum istiqamətini Mirnoqrad şəhərinə yönəldiblər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının 7-ci Çevik Reaksiya Korpusunun nümayəndəsi Sergey Okişev “Kyiv24” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Ukraynanın Müdafiə Qüvvələri Pokrovsk şəhərinin şimal hissəsinə tam nəzarəti saxlayır.
Hazırda döyüş təmas xətti əsasən dəmir yolu xətti boyunca keçir.
Hərbçi qeyd edib ki, Rusiya ordusunun taktiki dəyişiklikləri Pokrovsk istiqamətində irəliləyişin mümkünsüzlüyünü və alternativ hücum istiqamətləri axtarışını göstərir.
//Samir Qurbanov, Editor.az