Oqe Hareyde dünyasını dəyişib. Norveçli mütəxəssis ağır xəstəliyə məğlub olub.
Tanınmış məşqçiyə iyulda beyin xərçəngi diaqnozu qoyulmuşdu. Danimarka və Norveç yığmalarının sabiq baş məşqçisinin oğlu Bendik Hareyde bəd xəbəri VG nəşrinə açıqlamasında belə çatdırıb: “Atam axşam evdə, ailəsinin yanında dünyasını dəyişdi. O, son oyununu oynadı. Xəstəliyi dövründə gördüyümüz bütün sevgi və dəstəyə görə sonsuz minnətdarıq”.
Hareyde 2017-ci ildə Danimarka yığmasını baş məşqçisi kimi DÇ-2018-ə çıxarıb. Komanda Rusiyada keçirilən turnirdə 1/8 finala qədər irəliləyib. Hareyde müxtəlif illərdə Norveç və İslandiya yığmalarını da çalışdırıb. Klub səviyyəsində “Molde”, “Rusenborq”, “Vikinq”, “Brondbü”, “Helsinqborq”, “Malmö” və “Örqrüte”də işləyən məşqçi İsveç, Danimarka və Norveç çempionluğunu qazanıb. Onun 2014-cü ildə İsveç çempionatında ilin məşqçisi seçildiyini də xatırladaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta