AZ

Psixoloji dəstək, yoxsa təhlükə?

ain.az, Gununsesi saytına istinadən bildirir.

Psixoloji dəstək və fərdi inkişaf adı altında sosial mediada sürətlə yayılan “həyat koçluğu” fəaliyyəti son vaxtlar ciddi müzakirələrə səbəb olub. Heç bir rəsmi ixtisası və elmi hazırlığı olmayan şəxslərin bu ad altında geniş auditoriyaya müraciət etməsi onların cəmiyyətə təsir imkanlarını və fəaliyyətlərinin nə dərəcədə təhlükəsiz olduğunu sual altına alır.

Mövzu ilə bağlı psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Gununsesi.info-ya açıqlamasında bildirib ki, “həyat koçu” kimi fəaliyyət göstərənlərin sayının artması psixoloji dəstəyə ehtiyacın yüksəldiyini göstərsə də, ciddi risklər də yaradır.

Onun sözlərinə görə, bəzi şəxslər heç bir psixoloji və ya pedaqoji təhsilə malik olmadan subyektiv və zərərli yanaşmalarla geniş auditoriyaya təsir edir ki, bu da insanların psixoloji vəziyyətinə və qərarvermə prosesinə mənfi təsir göstərə bilər.

Psixoloq qeyd edib ki, peşəkar psixoloji dəstək elmi bilik, etik prinsiplər və ciddi hazırlıq tələb edir.

“Bu sahədə fəaliyyət hüquqi çərçivəyə salınmalı, “həyat koçu”, “mentor” kimi adlardan istifadə üçün minimum ixtisas tələbləri müəyyən edilməlidir. Yalnız müvafiq təhsili, sertifikatı və etik öhdəlikləri olan şəxslərin bu sahədə fəaliyyətinə icazə verilməsi cəmiyyətin psixoloji təhlükəsizliyi baxımından vacibdir”,- deyə o vurğulayıb.

Ayşən

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
icma.az

1Mənbələr