Bakı.Trend:
Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirənAZAL-a məxsus təyyarənin qəzaya uğramasından bir il ötür.
Trend xəbər verir ki, 25dekabr 2024-cü il tarixində dövlət reyestrində 4K-AZ65 nömrəsi iləqeydiyyata alınmış və “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL)məxsus “Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisi AzərbaycanRespublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznışəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən QazaxıstanRespublikasının ərazisində, Aktau hava limanı yaxınlığında qəzayauğramışdır. Qəza nəticəsində ekipajın iki üzvü (kapitan və ikincipilot), baş bələdçi və 35 sərnişin həlak olmuşdur.
Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş ilkinhesabatda aşağıdakı faktlar təsdiqlənir:
1. Dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış və“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100IGW” tipli sərnişin təyyarəsi Azərbaycan Respublikasının Bakışəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243reysini yerinə yetirərkən uçuşun başlanğıcından Qroznıya qədərmarşrut hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Havagəmisinin uçuşa yararlılığına dair bu məlumatlar, o cümlədənidarəetmə sistemlərinin işi FDR məlumatları ilətəsdiqlənmişdir;
2. Qəza anınadək təyyarənin hər iki mühərriki texniki problemolmadan işləyib. Bu məlumat da FDR məlumatları ilə təsdiqlənir;
3. Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı havalimanı üzərində uçuş zamanı təyyarə GPS siqnallarınıitirmişdir;
4. Qroznı üzərində əlverişsiz hava şəraiti səbəbindən təyyarəikinci dəfə eniş edə bilməmiş, bundan sonra kapitan Bakıya qayıtmaqbarədə qərar qəbul etmişdir. Bu qərarın qəbulundan sonra Qroznıüzərində CVR-də 24 saniyə fasilə ilə iki xarici səs qeydəalınmışdır;
5. CVR və FDR məlumatlarının müqayisəsi göstərmişdir ki, birincixarici səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra1-ci hidravlik sistem, 21 saniyə sonra isə 2-ci hidravlik sistemsıradan çıxmışdır;
6. Foto və video qeydlərlə təsdiqlənmiş, füzelyajda çoxsaylızədələnmələr aşkar edilmişdir. Bu zədələnmələr füzelyajın arxahissəsində, əsasən şaquli və üfüqi stabilizatorlarda, eləcə də solqanadda və sol mühərrikdə müşahidə olunmuşdur;
7. Təqdim edilən məlumata görə, hava gəmisinin füzelyajındaaşkar edilmiş zədələnmələr xarici obyektlərin təsiri nəticəsindəyaranmışdır. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasınıgöstərən hər hansı fakt barədə məlumat yoxdur;
8. Füzelyajın zədələnmələrində aşkar edilmiş, hava gəmisinə aidolmayan yad obyektlər çıxarılmış, onların fotoşəkilləri ilkinhesabatın mətnində ictimaiyyətə təqdim edilmişdir. Aşkar edilmişyad obyektlərin mənsubiyyətinin dəqiq müəyyənləşdirilməsi üçüngələcəkdə əlavə ekspertizaların aparılması planlaşdırılır;
9. Saat 05:13:32-də hava gəmisində əsas idarəetmə sistemlərisıradan çıxmış, saat 05:21:42-də qarşılıqlı əlaqə üzrə dispetçerQroznıya “Kover” əməliyyatının aparılması barədə məlumatvermişdir;
10. Oksigen balonunun partlaması faktını əks etdirən heç birməlumat göstərilməmişdir.
ICAO-nun Çikaqo Konvensiyasının tələblərinə uyğun olaraq, ilkinhesabatdan sonra hadisə tarixindən etibarən bir il ərzində qəzanınsəbəbləri barədə yekun hesabat hazırlanmalıdır.
Həmçinin qeyd edək ki, 29 dekabr 2024-cü il tarixində Prezidentİlham Əliyev aviasiya qəzasında həlak olmuş ekipaj üzvləri –Kşnyakin İqor İvanoviçə, Kalyaninov Aleksandr Georgiyeviçə, ƏliyevaOkümə Cəlil qızına Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus“Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xidmətivəzifələrin icrası və sərnişinlərin həyatının xilas edilməsi zamanıgöstərdikləri yüksək peşəkarlıq, cəsarət və fədakarlığa görə“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi barədəsərəncam imzalamışdır.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakı-Qroznı reysiniyerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığındaqəzaya uğramasından bir il ötür.
Trend xəbərverir ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yollarıaviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən"Embraer 190-100 IGW" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kmyaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalıverdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənəntəyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb.
Qəzaya uğrayan təyyarə 2013-cü ildə Braziliyanın "Embraer"şirkəti tərəfindən istehsal edilib və həmin ildə AZAL tərəfindənalınıb.
Hava gəmisi Azərbaycan vaxtı ilə saat 7:56-da (UTC+03:56)Bakıdan havaya qalxıb. Qroznı hava limanında pis hava şəraitinəgörə təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib.Ekipaj 8:35-də (UTC+03:00) qəza siqnalı verib və idarəetməsistemində nasazlıq olduğunu bildirib. Daha sonra saat 8:49-dapilotlar Aktauda təcili eniş tələb ediblər və təyyarəni "birbaşarejimdə" idarə etməyə çalışıblar. Lakin saat 10:28-də təyyarə yerəçırpılıb.
“Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla,ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzası nəticəsində 38nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatını itirənlərdən üçüekipaj üzvü olub.
Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləribaşlanıb. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda, 28-dəisə Çeçenistanda matəm elan edilib.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı SəhmdarCəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsiBakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən başvermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərintəltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən təyyarənin ekipaj üzvlərinə - İqor İvanoviçKşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızıƏliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adıverilib.