“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.
Bakıvaxtı.az-ın məlumatına görə, qəza zamanı təyyarədə 5 ekipaj üzvü, 62 sərnişin olub.
Sərnişinlərdən 35-i həlak olub, 29 nəfər sağ qalıb.
Bu qədər sərnişinin xilas olmasında ekipaj üzvlərinin də böyük əməyi olub.
İqor Kşnyakin- kapitan (pilot), Aleksandr Kalyaninov -ikinci pilot və Hökümə Əliyeva- baş stüardessa faciəvi qəzada böyük şücaət göstərərək həlak olublar.
Hər üçü ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Milli Qəhrəman adı ilə təltif olunublar.
Təyyarənin sağ qalan digər ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.