AZ

12 qat dünya çempionu zala buraxılmadı – VİDEO

12 qat dünya çempionu Zülfiyyə Hüseynova işlə təmin olunmaması ilə bağlı narazılığını ictimaiyyətə açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, bu məsələ ilə bağlı cənab Prezidentə müraciət edib və müraciətə rəsmi cavab olaraq müvafiq qurumlara Zülfiyyə Hüseynovanın işlə təmin edilməsi barədə məktub göndərilib. Lakin həmin məktubdan sonra vəziyyət dəyişməyib.

Zülfiyyə Hüseynova bildirir ki, Prezident Administrasiyasından məktub daxil olduqdan sonra Cüdo Federasiyasından Rəşad Rəsullu onunla əlaqə saxlayaraq hazırda uyğun iş yerinin olmadığını deyib. İdmançı qeyd edib ki, bu yanaşma onu təəccübləndirib:

“Mənə dedilər ki, guya elə bil mən banka müdir olmaq istəmişəm. Guya bankir olmaq tələbi ilə çıxış etmişəm. Cüdo ilə məşğul olan, illərlə ölkəni beynəlxalq arenada təmsil edən bir idmançı üçün ‘iş yoxdur’ demək gülməlidir”, – deyə Zülfiyyə Hüseynova vurğulayıb.

Daha ətraflı videomaterialda:

Seçilən
95
nocomment.az

1Mənbələr