AZ

ABŞ Venesuelanın blokadasını ən azı iki ay davam etdirmək niyyətindədir



Vaşinqton administrasiyası Venesuela sahillərində ən azı iki ay ərzində dəniz blokadasını davam etdirmək və neft tankerlərinin ölkəyə daxil olub-çıxmasının qarşısını almaq niyyətindədir.

Newscenter.az xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumatda ABŞ rəsmisinin Vaşinqton administrasiyasının Venesuela ilə bağlı siyasəti barədə dediyi sözlərdən sitat gətirilir:

"Hərbi güc tətbiq etmək variantı qalsa da, əsas diqqət Ağ Evin istədiyi nəticəyə nail olmaq üçün sanksiyaların tətbiqi yolu ilə iqtisadi təzyiq göstərməyə yönəlib".

Yazıda qeyd edilir ki, Vaşinqton yanvarın sonuna qədər Venesuelanı əhəmiyyətli güzəştlərə razı sala bilər.

Qeyd edək ki, Vaşinqton Karakası narkotik qaçaqmalçılığı ilə mübarizəni yetərincə aparmamaqda ittiham edib. Son aylarda ABŞ ordusu narkotik qaçaqmalçılığı ilə mübarizə adı altında Latın Amerikası sahillərində 20-dən çox qayığı məhv edib və nəticədə təxminən 100 nəfər həlak olub.

Anar
Seçilən
9
1
newscenter.az

2Mənbələr