AZ

Leps toyu üçün Putindən icazə alacaq

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Rusiyanın 62 yaşlı Xalq artisti Qriqori Leps 19 yaşlı nişanlısı Avrora Kibanın toyun maddi çətinliklər səbəbindən təxirə salınması ilə bağlı açıqlamasını təkzib edib.

Axşam.az xəbər verir ki, müğənni jurnalistlərə açıqlamasında məsələnin pulda yox, Rusiyada yaranmış mürəkkəb vəziyyətlə bağlı olduğunu bildirib:

“Pul taparam, bəzən məndə olur. Amma ümumi ab-hava, açıq desək, hansısa dəbdəbəli tədbir keçirməyə imkan vermir”.

Qriqori Leps toyun keçirilməsi üçün Rusiya prezidenti Vladimir Putindən icazə almağı planlaşdırdığını da açıqlayıb. Onun sözlərinə görə, əgər prezident icazə verərsə, toy mərasimi baş tutacaq.

Müğənni Putini toyuna dəvət ediləcəyini də qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
axsam.az

1Mənbələr