AZ

“Balaca Heydərin iki oğlu var” Prezident +Video

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər. Daha sonra sakinlərə evlərin açarlarının təqdim edilməsi mərasimi oldu. 

“Qafqazinfo” xəbər verir ki, təqdimetmə zamanı Ağdam sakini ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb.

Maarif Hüseynov: Erməni sevinəcəkdi, deyəcəkdi, Qarabağ da bizimdir, elə Qarabağ atları da. Öpürəm Sizi, çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər Sizə həmişə dayaq olsun.

Mehriban xanım Əliyeva: Balaca Heydər artıq böyüyüb (gülür).

Maarif Hüseynov: Çox xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun.

Mehriban xanım Əliyeva: Çox sağ olun. Prezident İlham Əliyev: İki uşağı var. Sakinlər: Allah saxlasın.

Prezident İlham Əliyev: İki oğul.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
qafqazinfo.az

7Mənbələr