Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yaşayan sakinlər illərdir həllini tapmayan problemlərlə üz-üzə qaldıqlarını bildirirlər.
Onların sözlərinə görə, ərazidə yolların vəziyyəti bərbaddır, kanalizasiya sistemi demək olar ki, işləmir, axşam saatlarında isə küçələr tamamilə qaranlığa qərq olur.
Bu amillər gündəlik həyatı xeyli çətinləşdirir və təhlükəsizliklə bağlı ciddi narahatlıq yaradır.
Sakinlərdən biri deyir ki, mövcud şərait səbəbindən ərazidə normal hərəkət etmək mümkün deyil:
"Bura gələndən rezin çəkmə ilə gəzirəm. Bizə fikir verən yoxdur. Axşamlar qaranlıq olur, oğlumu burada bıçaqlamışdılar".
Başqa bir sakin isə problemin illərdir davam etdiyini vurğulayıb:
"15 ildir bu əziyyəti çəkirik. Heç bir yerə çıxa bilmirik. Kimə müraciət ediriksə, baxan olmur. Zirzəmiyə dəfələrlə su dolub. Gəlinim nəmişlik ucbatından xəstələnib".
Daha ətraflı Baku TV-nin süjetində: