AZ

Tim Kukun “Nike” səhmlərini alması qiymət artımına səbəb olub

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Apple şirkətinin baş icraçı direktoru Tim Kukun “Nike” səhmlərindən təxminən 3 milyon dollar dəyərində alması fonunda şirkətin səhmləri satışdan əvvəlki ticarətdə 2% artıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Sənədlərə görə, Kuk 58,97 dollardan 50 min səhm alıb. Hazırda onun “Nike”da ümumilikdə 105 minə yaxın səhmi var.

Qeyd edək ki, alış, “Nike”-in Çində mənfəət və satış azalması barədə məlumatından bir neçə gün sonraya təsadüf edir. Şirkətin səhmləri 18 dekabrdan bəri təxminən 13% ucuzlaşmışdı.(banker.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
3
olke.az

4Mənbələr