AZ

Qaraciyərin iltihabına qarşı təbii vasitə KƏŞF EDİLDİ

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tut yarpaqlarında olan ultrafiltrlənmiş qlüten zülalı piylənmədən əziyyət çəkən insanlarda qaraciyərin fəaliyyətinə yaxşı təsir göstərir.

Oxu.Az xəbər verir ki, bu, "Food & Function" jurnalında dərc edilən araşdırmadan məlum olur.

Qlütenlər taxıl toxumlarında və bitkilərin yaşıl hissələrində olan sadə zülallardır. Onların bəziləri unun tərkibindəki qlütenin bir hissəsidir, onların tərkib və xüsusiyyətləri çörəyin keyfiyyətinə təsir göstərir. Bu maddələrin digər xüsusiyyətlərini öyrənmək üçün elm adamları onları bakteriyalardan təmizləyərək, siçanlar üzərində təcrübələr aparıblar.

Tut qlüteni qaraciyərdə piy yığılmasını azaldır, triqliserid və xolesterin səviyyələrini aşağı salır. Təcrübə nəticəsində yağlı pəhrizdə olan heyvanlarda iltihab və qaraciyərin zədələnmə əlamətləri azalıb, heyvanlarda qan dövranı yaxşılaşıb.

Müəlliflər qlütenin metabolizmə, o cümlədən öd turşularının və amin turşularının ifrazına təsir etdiyini bildirirlər. Bu isə orqanizmdə piy yükünün azalmasına kömək göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
oxu.az

2Mənbələr