AZ

Fermin Lopez “Barselona” üçün dönüş nöqtəsi olan məqamları qeyd edib

“El-Klasiko” və “Çelsi”yə qarşı məğlubiyyətlər komandanı özünə gətirib

“Barselona”nın hücumameylli yarımmüdafiəçisi Fermin Lopez Kataloniya klubu üçün mövsümün əsas məqamını qeyd edib.

İdman.Biz xəbər verir ki, bu barədə “Barca Universal” X sosial media hesabında məlumat yayıb.

“Klasikoda (“El-Klasiko“ - 1:2) və Londonda (“Çelsi“ - 0:3) məğlubiyyətlər komanda üçün dönüş nöqtələri oldu. Nəticədə, bunlar uduzula biləcək oyunlardır və həqiqət budur ki, biz həmişəki kimi yaxşı deyildik...

Amma o vaxtdan bəri komanda bir addım irəli ataraq keçən ilki səviyyəyə qayıtdı. Hazırda çox yaxşı bir irəliləyişdəyik və ümid edirik ki, bu, davam edəcək”, - “Barca Universal”ın X sosial media hesabında Fermin Lopezdən sitat gətirilib.

“Barselona“ hazırda İspaniya liqasının cədvəlində 46 xalla liderlik edir. “Real Madrid” isə ondan dörd xal geridədir və ikinci yerdədir.

İdman.Biz
Seçilən
70
1
idman.biz

2Mənbələr