AZ

Ceki Çan məşhur aktrisaya yox dedi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Tanınmış aktrisa Lüsi Liu "Şanxay Günortası" döyüş filmi üzərində işləyərkən həmkarı Ceki Çandan ona müəyyən fəndləri öyrətməsini istəyib, lakin rədd cavabı alıb.

Oxu.Az xəbər verir ki, aktrisa ilə müsahibəni "Criterion" yayımlayıb.

"O, bədənindəki hər sümüyü sındırdığı üçün mənə bunları öyrətməməli olduğunu dedi. Buna görə də gizlicə onun komandasından mənə bir neçə fənd öyrətmələrini istədim. Onlar mənə müəyyən fəndləri göstərdilər", - deyə Lüsi Liu xatırlayıb.

Qeyd edək ki, "Şanxay Günortası" filminin premyerası 2000-ci ildə baş tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
oxu.az

1Mənbələr