AZ

Qarabağ ın qapıçısı son oyundan öncə stadionu niyə tərk edib? Baş məşqçi açıqladı

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

"Qapıçımız həqiqətən son oyuna getsə də, meydana çıxmayıb. Amma Amin Ramazanovun stadionun vəziyyətinə görə son anda fikrindən daşınması yanlış məlumatdır".

Bu sözləri Fanat.Az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

O, 1-ci Liqanın 12-ci turu çərçivəsində dünən "Baku Sportinq"ə uduzduqları matçdan öncə isinmə hərəkətləri etməyən qolkiperin stadionu tərk etməsinin səbəbini açıqlayıb:

"Amin xəstə idi. Matçdan öncəki gecə qızdırma səbəbindən yata bilməmişdi. Oynamaq, komandaya kömək etmək istəyirdi. Həkimlər sistem köçürdülər, komanda ilə Buzovnaya gəldi. Onu oynatmamağımın səbəbi oyundan 15 dəqiqə əvvəl hərarətinin 38.5-dən düşməməsi idi. Mənim üçün futbolçunun sağlamlığı daha vacibdir. "Qarabağ"ın həkimi ilə əlaqə saxladım. Xəstəliyin şiddətlənməməsi üçün "Live Bona Dea"ya yollanmasını, yenidən müayinə olunmasını məsləhət gördü. Soyuqda qalmasını mən istəmədim. Özü mənə bu vəziyyətdə də oynamağa hazır olduğunu bildirsə də, razılaşmadım". 

Qeyd edək ki, müqavilə ilə "Qarabağ"a məxsus olan Amin icarə əsasında "Zaqatala"da çıxış edir.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
fanat.az

2Mənbələr