AZ

"Xinhua": Çində mədəndə baş verən qəza nəticəsində dörd nəfər ölüb

Çinin Yunnan əyalətində (Cənub-Qərbi Çin) yerləşən şaxtada qəfil kömür və qaz tullantısı nəticəsində xilasedicilər dörd nəfərin meyitini aşkar ediblər, daha üç nəfər isə itkin düşmüş hesab olunur.

"Far.Az"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi Cjenzyun qəzasının administrasiyasına istinadən məlumat yayıb.

Məlumata əsasən, hadisə dekabrın 24-də yerli vaxtla saat 20:10-da (Bakı vaxtı ilə 16:10) 'Dayin' kömür şaxtasında baş verib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Seçilən
65
far.az

1Mənbələr