AZ

Şəhidlər xiyabanında nalayiq videolar çəkən ərəblərəHÖKM OXUNDU

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan Səudiyyə Ərəbistanı vətəndaşlarının - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad - cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

 

Senzor.az bildirir ki, Səbail Rayon Məhkəməsində təqsirləndirlən şəxslərə hökm oxunub.

 

Hökmə əsasən, Alzaman Mahdi Ali 2 il, Alghabr Mohammad Hussain 2 il və Alghabr Mahdi Mohammad 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Qeyd edək ki, bu il avqustun 17-də Azərbaycana 5 günlük turist kimi gələn 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

 

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Seçilən
35
35
senzor.az

10Mənbələr