AZ

Çində kömür şaxtasında qəza baş verib: Ölənlər var

BAKI, 25 dekabr. TELEQRAF

Çinin Yunnan əyalətində kömür şaxtasında baş verən fövqəladə hadisə nəticəsində dörd nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, xilasedicilər dağıntılar altından dörd nəfərin cəsədini çıxarıb. Üç nəfərdən hələ də xəbər yoxdur.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Qəzanın başvermə səbəbləri araşdırılır.

Seçilən
48
teleqraf.com

1Mənbələr