AZ

Yaponiya Suriyaya 53 milyon dollar yardım ayırıb

Yaponiyanın Xarici İşlər Nazirliyi 22 dekabrda xarici işlər nazirinin müavini Yohei Onişinin Suriyaya səfəri barədə ətraflı açıqlama yayıb.

APA xəbər verir ki, məlumata görə, Onişi Suriyanın maliyyə naziri Məhəmməd Yasser Berniyə və digər hökumət rəsmiləri ilə görüşüb.

Məlumatda bu görüşün təxminən 15 ildə yüksək vəzifəli yapon rəsmisinin Suriyaya ilk səfəri olduğu bildirilir.

Nazir müavini bildirib ki, Yaponiya ikitərəfli münasibətlərdə yeni bir fəsil yaradaraq Suriya hökumətinin inklüziv, dinc və sabit keçidə nail olmaq səylərini dəstəkləmək niyyətindədir.

O həmçinin qeyd edib ki, Yaponiya Suriya ilə iqtisadi əməkdaşlığı davam etdirməyə sadiqdir və cari maliyyə ilinin büdcəsində ölkəyə 53 milyon dollar yardım ayırıb.

Seçilən
59
1
apa.az

3Mənbələr