Bakı. Trend:
Suriya daxili təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçiribvə əməliyyat zamanı İŞİD terror təşkilatının Dəməşq üzrə liderisaxlanılıb.
Trend xəbər verir ki, bubarədə əyalət Daxili İşlər Nazirliyinin idarə rəisi general Əhmədəl-Dallatinin X sosial şəbəkəsində yayımlanan açıqlamasındabildirilib.
Bəyanatda deyilir: “Xüsusi təyinatlı qüvvələrimiz hərbikəşfiyyat və beynəlxalq koalisiya qüvvələri ilə əməkdaşlıqçərçivəsində paytaxtın ətrafındakı Muadamiyyə bölgəsində İŞİD-indayaq nöqtəsinin məhv edilməsi məqsədilə əməliyyat keçiriblər.Nəticədə Dəməşqdə fəaliyyət göstərən terrorçu dəstənin lideri Tahaəl-Zuabi və onun bir neçə silahdaşı həbs edilib. Onlardanpartlayıcı kəmərlər və silahlar müsadirə olunub.”
Əl-Dallatinin sözlərinə görə, əməliyyat yerli sakinlərintəhlükəsizlik qüvvələrini terrorçu dəstənin mövcudluğu barədəməlumatlandırmasından sonra həyata keçirilib.