ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Transfermarkt” portalı Azərbaycan Premyer Liqasının dəyərini yeniləyib.
Futbolpress.az–ın məlumatına görə, oyunçuların qiymətlərinin dəyişməsi ilə çempionatın dəyəri artıb. Premyer Liqanın ümumi dəyəri 125 milyon avroya çatıb.
Çempionatın ən bahalı klubu “Qarabağ”dır. “Atlılar”ın heyətinin dəyəri 28.50 milyon avrodur. Komandanın futbolçusu Leandro Andrade isə liqanın “ən bahalısıdır” – 3 milyon avro.
Dəyərinə görə ikinci sırada “Sabah” qərarlaşıb. Premyer Liqada fasiləyə lider yollanan “bayquşlar”ın ümumi dəyəri 16.60 milyon avrodur. Komandanın ən bahalı futbolçusu icarə əsasında klubda olan Timoteuş Puxaçdır – 1.6 milyon avro.
“Üçlüy”ü isə “Zirə” tamamlayır. “Qartallar”ın heyətinin ümumi dəyəri 13.90 milyon avrodur. Kapitan Qismət Alıyev komandanın ən bahalı oyunçusudur – 1.2 milyon avro.
Premyer Liqa klublarının dəyəri:
1. Qarabağ – 28.50 milyon avro
2. Sabah – 16.60 milyon avro
3. Zirə – 13.90 milyon avro
4. Neftçi – 12.13 milyon avro
5. Turan Tovuz – 10.30 milyon avro
6. Sumqayıt – 8.98 milyon avro
7. Araz-Naxçıvan – 8.95 milyon avro
8. Şamaxı – 6.55milyon avro
9. Kəpəz – 5.20 milyon avro
10. Qəbələ – 4.30 milyon avro.
Şahin Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.