AZ

Keçmiş məcburi köçkün: Bu gün mənim üçün həyatımın ən mənalı günlərindən biridir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 25 dekabr, AZƏRTAC

Bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə – doğma yurdumuza qayıdırıq. Geri qayıdışımızı - bu hissləri sözlə ifadə etmək çox çətindir. Bu torpaq bizim üçün, sadəcə, bir yer deyil, xatirələrimiz, keçmişimiz və kimliyimizdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün İsgəndər Həsənov söyləyib.

"Prezidentimizə Allah cansağlığı versin. Onun rəhbərliyi ilə torpaqlarımız azad olundu. Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin canı bahasına qazanılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin",- deyə keçmiş məcburi köçkün vurğulayıb.

Məcburi köçkün düşəndə 30 yaşı olduğunu xatırladan İ.Həsənov deyib: "Bu gün 62 yaşımda yenidən yurduma qayıdıram. Düz 32 ildən sonra insanın öz torpağına qayıtması sözlə ifadə olunmayan bir duyğudur. Bu gün mənim üçün həyatımın ən mənalı günlərindən biridir.

Ailəmizlə birlikdə gedirik. Getdiyimiz yer yad deyil, öz vətənimizdir. Harada yaşamağımızdan asılı olmayaraq, vətən insanın qəlbindədir.

Bu yolda bizə dəstək olan hər kəsə minnətdaram".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
4
azertag.az

5Mənbələr