AZ

Ləğv olunan şirkətin pulları səhmdarlar arasında bölünəcək

30 yanvar 2026-cı il saat 14:00-da “Gözəllik” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi

2. Cəmiyyətin qalıq əmlakının (pul vəsaitinin) səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq olunması

3. Cəmiyyətə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması

4. Digər məsələ.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün hər həftənin iş günləri saat 10.00-dan 13.00- dək cəmiyyətin ləğvetmə komissiyasına müraciət edə bilərlər.

Əlaqə nömrəsi: +99470-306-66-98. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 130.

Seçilən
69
fed.az

1Mənbələr