AZ

Gələn il üzrə pul siyasətinin əməliyyat hədəfləri və alətləri açıqlanıb

Bakı. Trend:

2026-cı ildə Mərkəzi Bank pul siyasətinin hədəflərinə nail olmaqüçün sərəncamında olan bütün alətlərdən çevik və adekvat istifadəedəcək. Pul siyasəti qərarlarının real iqtisadiyyata ötürücülüyününartırılması məqsədilə köməkçi pul siyasəti lövbərinin (AZIR)təsirlərinin gücləndirilməsi istiqamətində tədbirlər davametdiriləcək.

Trend xəbərverir ki, bu barədə "Azərbaycan" qəzetində dərc edilən "AzərbaycanRespublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsasistiqamətləri barədə bəyanatı"nda bildirilib.

Qeyd edilib ki, 2026-cı ildə də qiymət sabitliyinin başlıcalövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsibanklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənarəməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcək. MərkəziBankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyutasatışları üzrə hərracların keçirilməsi davam etdiriləcəkdir.Mərkəzi Bank və fiskal orqanlar (ARDNF və Maliyyə Nazirliyi)arasında effektiv koordinasiya valyuta bazarının tarazlıfəaliyyətinə dəstək verəcək.

2026-cı ildə də monetar şəraitin formalaşmasında faiz dəhlizimühüm rol oynamaqda davam edəcək və pul bazarında qısamüddətlifaizlər pul siyasətinin yardımçı əməliyyat hədəfi olaraq istifadəediləcəkdir. Banklararası pul bazarındakı faizlərin Mərkəzi Bankınfaiz dəhlizi daxilində hərəkət etməsi üçün Mərkəzi Bankarsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadəedəcəkdir. Təminatsız bazarda əqdlər üzrə orta çəkili faizgöstəricisi olan AZIR indeksinin kəskin dəyişkənliyinə yolverilməyəcək və onun Mərkəzi Bankın uçot dərəcəsinə yaxın səviyyədəhərəkətinə xüsusi diqqət yetiriləcəkdir. Bu məqsədlə daimi imkanalətləri və açıq bazar əməliyyatları fəal şəkildə tətbiqediləcəkdir.

Daimi imkan alətləri növbəti ildə də banklararası pul bazarındafaizlərin faiz dəhlizi daxilində formalaşmasını təmin edəcəkdir.Daimi imkan aləti olaraq gecəlik depozit və gecəlik əks-repoəməliyyatlarından istifadə ediləcəkdir. Bu alətlər üzrə faizdərəcələri müvafiq olaraq faiz dəhlizinin aşağı və yuxarı hədlərinəbərabər olacaqdır.

Açıq bazar əməliyyatları olaraq sterilizasiya məqsədli müxtəlifmüddətli not, habelə 7 günlük əməliyyatlar üzrə hərraclarkeçiriləcəkdir. Bu alətlər üzrə faiz dərəcələri Mərkəzi Bankınİdarə Heyətinin müəyyən etdiyi qaydada formalaşacaqdır.

Əvvəlki illərdə olduğu kimi növbəti ildə də alətlərin tətbiqolunma qaydaları maliyyə bazarı iştirakçılarına öncədənaçıqlanacaqdır. Açıq bazar əməliyyatlarının istiqaməti(sterilizasiya və ya emissiya) bank sisteminin likvidlikmövqeyindən asılı olaraq müəyyənləşdiriləcəkdir. Açıq bazarəməliyyatlarının kəmiyyət parametrlərinə və müddətlərinə dairqərarlar bank sisteminin likvidlik mövqeyindən (izafi likvidlik vəlikvidlik çatışmamazlığı) asılı olaraq operativ şəkildəveriləcəkdir. Bu qərarlar əməliyyatlar keçirilməzdən öncə müvafiqbazar iştirakçılarına kommunikasiya ediləcəkdir.

Növbəti ildə də bank sisteminin likvidlik mövqeyinin müntəzəmmonitorinqi və proqnozlaşdırılması davam etdiriləcəkdir.Likvidliyin monitorinqi və proqnozlaşdırılması sahəsində fiskalorqanlarla informasiya mübadiləsinin daha da gücləndirilməsinəzərdə tutulur.

Pul siyasəti alətlərinin təkmilləşdirilməsi və pul bazarınıninkişafı istiqamətində tədbirlər 2026-cı ildə də davametdiriləcəkdir. Bu zaman beynəlxalq maliyyə təşkilatları və bankictimaiyyəti ilə məsləhətləşmələr davam etdiriləcəkdir. Qeyd olunanistiqamətdə islahatlar ölkədə maliyyə alətlərinindiversifikasiyasını, bazar likvidliyinin artmasını və ölkəiqtisadiyyatının dayanıqlı maliyyələşməsini daha dagücləndirəcəkdir.

Seçilən
86
3
az.trend.az

5Mənbələr