AZ

Yeni il üçün “Şaradil”in qiymətinə dünyanı gəzmək olar

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şamaxının Şərədil kəndində yerləşən “Şamaxı Palas Şaradil” otelində Yeni ili qarşılamağın qiyməti açıqlanıb: iki nəfərlik otağın qiyməti düz 1782 manat.

1782 manata nələr daxildir? Bayram əyləncə proqramları, gündə 3 dəfə qidalanma və 2 gecə, 3 gün deyə təqdim olunan tətil paketi.

31 dekabr üçün otelə giriş 15:00-da nəzərə tutulub. 2 yanvarda isə 12:00-da oteli tərk etməlisən. Bu hesablamayla tətilimiz heç də 3 gün çəkmir, cəmi 45 saat edir.

Dünyanın hər yerində, hətta məşhur Avropa ölkələrində otellərə giriş saatı ən geci 14:00-a təyin olunur. Nəyə əsasən tətilin ilk günü otelə qəbul 15:00-a təyin edilib?

Çünki “gündə 3 dəfə yemək” vədi verilir. Saat 15:00-da qəbul olacaqsa, demək, həmin gün səhər yeməyi və nahar olmayacaq, 12:00-da çıxanda isə nahar və şam. Demək, yalnız bircə gün 3 dəfə yemək veriləcək.

Başqa sözlə, “2 gecə-3 gün” adı ilə müştərini maksimum soymaq!

Niyə bir vətəndaş Yeni ili Şamaxıda qarşılamağa bu qədər xərcləməlidir? Hansı özəlliyi var?

Halbuki 1782 manata Şamaxıya getmək əvəzinə...

Tur şirkətlərində aşağı-yuxarı eyni olan qiymətləri təqdim edək:

Bilet, otel, qidalanma, transfer daxil 3 gün Dubay turu – 365 dollar (620 manat);

Bilet, otel, qidalanma, transfer, sığorta daxil 3 gün Doha turu - 384 dollar (653 manat);

Bilet, otel, qidalanma, transfer daxil 5 gün, 4 gecə Şarm əş-Şeyx turu – 463 dollar (787 manat);

Hətta Şengen vizanız varsa, 6 gün Avropa ölkələrinə (Paris-Amsterdam-Brüssel) bilet, otel, qidalanma daxil, 515 avro (1031 manar) ödəyərək səyahət edə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
1
axar.az

2Mənbələr