AZ

“Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı” adlı tədbir keçirilib - FOTOLAR

Şuşa şəhərində “Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı” adlı tədbir təşkil olunub.

QHT.az xəbər verir ki, bu barədə məlumatı “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov bildirib. Onun sözlərinə görə, tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub.

Tədbirdə Böyük Qayıdış prosesi, Qarabağda aparılan bərpa-quruculuq işləri, sosial infrastrukturun yaradılması və dayanıqlı inkişaf məsələləri müzakirə edilib. İştirakçılar azad olunmuş ərazilərdə yeni həyatın qurulması, məcburi köçkünlərin mərhələli şəkildə geri dönüşü və bu prosesdə dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətinin rolunu yüksək qiymətləndiriblər.

 

Seçilən
21
qht.az

1Mənbələr