AZ

Məşhur oyun platformasında qlobal nasazlıq yaranıb

ain.az bildirir, Reyting.az portalına istinadən.

2025-ci ilin 24 dekabrında dünya şöhrətli "Steam" oyun platforması bir çox ölkələrdə naməlum səbəbdən fəaliyyətini dayandırıb.

Reyting.az xəbər verir ki, "Downdetector" nəşrinin yazdığına görə, Avropada, eləcə də Asiya və ABŞ-dakı istifadəçilər xidmətə daxil ola bilmirlər. Şikayətlərin əsas hissəsi serverə qoşulma problemləri ilə bağlıdır.

Məşhur oyun platforması yayılan xəbərləri təsdiqləsə də, baş verən nasazlığın səbəbi hələlik açıqlanmayıb. Bəzi amerikalı, eləcə də avropalı bloggerlər "belə zarafatları sevən" Rusiya hakerlərinin dünya şöhrətli "Steam" oyun platformasına hücumunu istisna etmirlər.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
125
reyting.az

1Mənbələr