AZ

DGKA da “Suverenliyin Zəfər yolu” adlı kitabın təqdimatı keçirilib

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) "Konstitusiya və Suverenlik İli" çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə təsadüf edən tədbirin önəmindən söz açaraq kitabın müasir dövlətçilik proseslərini analitik təqdim etməsini, hüquq elminə yeni yanaşmalar qazandırmasını və tədrisdə geniş istifadə imkanlarını yüksək qiymətləndirib.

Kitabın müəllifi, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev çıxış edərək nəşrin məzmunu barədə geniş məlumat verib. O, 33 fəsildən ibarət nəşrin üç əsas istiqamət üzrə aparılan sistemli tədqiqatın nəticəsi olduğunu bildirib. Müəllif əsərdə Heydər Əliyev və Prezident İlham Əliyevin Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə bağlı ideyalarının, xüsusən 44 günlük Vətən müharibəsi dövründəki çıxış və müraciətlərinin elmi təhlil edildiyini bildirib.

Daha sonra çıxış edən Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov və Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova kitabın siyasi tarix, hüquq və beynəlxalq münasibətlər çərçivəsində dərin və sistemli yanaşma təqdim etdiyini, həm elmi, həm də praktik baxımdan dəyərli mənbə olduğunu qeyd edib.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
icma.az

1Mənbələr