ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Vaşinqton Kiyevlə təhlükəsizlik məsələlərini əsasən həll edib, indi hər şey ərazi ilə bağlıdır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker "Fox Nyus"a deyib.
"Nəticə etibarilə, hər şey ərazi və onun bölünməsi məsələsindən asılıdır: Bu, silahsızlaşdırılmış zona, yaxud iqtisadi imkanlar zonası olacaq, çünki biz ukraynalılarla təhlükəsizlik zəmanətlərini əsasən həll etmişik", - deyə o bildirib.
Uitaker əlavə edib ki, Moskvanın buna heç bir etirazı yoxdur:
"Atəşkəs və sülhməramlılıqla bağlı maddələr də həll olunmalıdır".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.