AZ

Zəngəzur dəhlizinin tikintisi başlayır: Ermənistan dəqiq tarixi açıqladı

Tikintinin başlanması da daxil olmaqla, “Tramp Marşrutu” Layihəsinin (TRIPP) praktiki mərhələsi 2026-cı ilə planlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”a yazılı sorğuya cavab olaraq bildirib.

Xarici İşlər Nazirliyi Ermənistanın "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" layihəsi üçün hüquqi çərçivə və tənzimləyici mexanizmlərin hazırlanması məqsədilə amerikalı tərəfdaşları ilə intensiv danışıqlar apardığını açıqlayıb.

Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan-Amerika birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyatdan keçəcək və dəmir yolu, avtomobil yolları, neft və qaz boru kəmərləri, fiber-optik rabitə xətləri də daxil olmaqla zəruri infrastrukturu inkişaf etdirmək hüququ əldə edəcək.

Seçilən
48
publika.az

1Mənbələr