Bu gün keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) süqut etdiyi gündür.
Modern.az-ın məlumatına görə, 25 dekabr 1991-ci ildə Mixail Qorbaçov SSRİ-nin prezidenti postundan istefa verdi. Bir gün sonra - dekabrın 26-da SSRİ Ali Soveti 15 sovet respublikasının müstəqilliyini tanıdı və Sovet İttifaqının mövcudluğuna xitam verdi. Kremlin üzərindəki oraq-çəkicli qırmızı bayraq endirildi. Beləliklə, SSRİ tarixə qovuşdu.
Mixail Qorbaçov 1985-ci ildə hakimiyyətə gəlmişdi. O, SSRİ iqtisadiyyatındakı durğunluğu aradan qaldırmaq üçün ard-arda islahatlar keçirməyə başlamışdı.
Bir çoxları iddia edirlər ki, həmin islahatlar - yenidənqurma (bərpa və struktur dəyişikliyi) və aşkarlıq (açıqlıq və söz azadlığı) ölkəni iflasa sürükləyib. Digərləri isə hesab edirlər ki, sərt strukturu SSRİ-ni xilas etməyə imkan vermədi.