AZ

"Bakı Metropoliteni" orta gərginlikli kabel xətlərinin demontajı və yeni kabellərin montaj işlərinə 4 milyon xərcləyəcək

"Bakı Metropoliteni" QSC-də istismar müddətini tamamlamış orta gərginlikli (6–10 kV) kabel xətlərinin demontajı və yeni kabellərin montaj işlərinə 3 951 009 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, bu xidməti “Bakelektro” ASC görəcək.

 

Tərəflər arasında bağlanan müqaviləyə uyğun olaraq işlərin icrasına başlanılıb.

 

Cabir

Tarix: 25 Dekabr 2025, 09:26   
Seçilən
39
pravda.az

1Mənbələr