AZ

Gürcüstanda ara qarışdı: Kvaratsxeliyaya görə

PSJ-nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya 2025-ci ilin yekunlarına görə Gürcüstanın ən yaxşı idmançısı seçilməyib.

Publika.az xəbər verir ki, bu, onun Çempionlar Liqasını qazanmasına baxmayaraq baş verib. Nəticədə insanlar və yerli futbol ictimaiyyəti bu qərardan narazı qalıblar.

Gürcüstan Milli Olimpiya Komitəsi 2025-ci ilin ən yaxşı idmançıları kimi sablyaçı Sandro Bazadze və cüdoçu Eter Lipartelianini elan edib. Bazadze karyerasında ilk dəfə qılıncoynatma üzrə dünya çempionatının qızıl medalını qazanıb, Liparteliani isə Gürcüstan tarixində cüdo üzrə dünya çempionatında qızıl medal əldə edən ilk qadın idmançı olub.

Oyun növləri üzrə Gürcüstanın ən yaxşı idmançısı adına isə basketbol üzrə milli komandanın kapitanı Tornike Şengeliyanın layiq görüldüyü bildirilib.

Bu seçimlər bir çoxunu təəccübləndirib və narazılıqlara səbəb olub. Bəzi şəxslər isə bunu 24 yaşlı futbolçuya və onun əməyinə hörmətsizlik kimi qəbul edib.

Seçilən
18
publika.az

1Mənbələr